İdman

"Messi tarixin ən yaxşı futbolçusudur"

2 İyun 2021 09:24
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşı Lionel Messi haqqında danışıb.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, niderlandlı oyunçu ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: "Messinin "Barselona"da xoşbəxt olduğunu düşünürəm. Leo komandaya kömək edir. O, yenə də dünyanın ən yaxşı oyunçusudur.

Messinin yanında oynamaq xüsusi bir təcrübədir. 12 yaşımda o, artıq dünyanın ən yaxşı futbolçusu idi.

Messi və ya başqa bir futbolçu ilə oynamaq arasında seçim etməli olsaydım, onda yenə də Lioneli seçərdim. Fərqli bir seçim etmək axmaqlıq olardı. O, tarixin ən yaxşı oyunçusudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.