İdman

“Lill” 10 ildən sonra Fransa çempionu olub - VİDEO

24 May 2021 10:01
Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa1-də 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, qızıl medalçının adına XXXVIII - sonuncu turda aydınlıq gəlib.

"Anje"nin qonağı olan lider "Lill" zirvəni sona qədər əldən verməyib. Conatan David (10-cu dəqiqə) və Burak Yılmazın (45+1) qolları sayəsində 2:1 hesablı qələbə qazanan Kristof Qaltyerin yetirmələri 83 xalla mövsümü ilk pillədə tamamlayıb.

Bununla PSJ-nin ardıcıl 3 mövsümlük çempionluq seriyasına son qoyan "Lill" 10 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Fransa yüksək liqasının qızıl medallarına layiq görülüb.

Çempionluğu əldən verən PSJ "Brest" səfərində 2 cavabsız qolla 2-ci pillədəki mövqeyini qoruyub. Roman Vaivre 37-ci dəqiqədə avtoqol müəllifi olubsa, parislilərin digər topuna 71-ci dəqiqədə çempionatın bombardiri Kilian Mbappe imza atıb.

"Lans" səfərində qolsuz bərabərliklə kifayətlənən "Monako" bürünc medala layiq görülüb. "Lill" və PSJ növbəti mövsüm Çempionlar Liqasının (ÇL) birbaşa qrup mərhələsində mübarizəyə qoşulacaqsa, "Monako" bunun üçün pley-off matçları keçirməli olacaq.

"Nitsa"ya öz meydanında uduzaraq (2:3) üçüncülük şansını qaçıran "Lion" və 5-ci yeri tutan "Marsel" Avropa Liqasına vəsiqə əldə edib. "Renn" də Fransanı Konfrans Liqasında təmsil edəcək.

Mövsümü son iki pillədə bitirən "Nim" və "Dijon" elitanı tərk edib. 18-ci yerin sahibi "Nant" isə Liqa1-də qalmaq üçün pley-off oyunu keçirəcək.

Bombardirlər: Kilian Mbappe (PSJ) - 27 qol, Memfis Depay ("Lion"), Vissam Ben Yedder ("Monako") - 20.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.