Fransa kubokunun final matçında "Monako" və PSJ komandaları qarşılaşıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, matç Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
19 may
Fransa kuboku, final
"Monako" - PSJ - 0:2
Qollar:İkardi, 19, Mbappe, 81
Qeyd edək ki, bu, Paris klubunun 14-cü mükafatıdır. PSJ 1981/82, 1982/83, 1992/93, 1994/95, 1997/98, 2003/04, 2005/06, 2009/10, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də Fransa kubokunun qalibi olub.
Milli.Az