İdman

Azərbaycanı avrokuboklarda bu klublar təmsil edəcək

19 May 2021 23:39
Baxış: 1 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub. Milli.Az matc.az-a istinadən bildirir ki, "Neftçi" qızıl medalların sahibi kimi Çempionlar Liqasına vəsiqəni təmin edib. Paytaxt təmsilçisi ÇL-in birinci mərhələsində "səpələnməmişlər" səbətində yer alacaq və daha güclü rəqiblə qarşılaşacaq.

"Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Hər iki komanda ikinci mərhələdən mübarizə aparacaqlar.

Qeyd edək ki, Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun finalında "Keşlə" - "Sumqayıt" matçından sonra müəyyənləşəcək.

"Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.