İdman

Yığmamız dünya birinciliyinə qatılacaq

17 May 2021 17:03
Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək. 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaq.

Azərbaycan Ağır Atletika Federasiyasından Milli.Az-a bildirilib ki, baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamız aşağıdakı heyətlə çıxış edəcək: Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq),Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).

Hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.