İdman

"Barselona" yayda 14 futbolçusunu ilə vidalaşacaq!

15 May 2021 14:51
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" mövsümün sonunda 14 futbolçusu ilə yollarını ayıra bilər.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 14 oyunçudan 7-nin, Filip Koutinyo, Samuel Umtiti, Miralem Piyaniç, Martin Breytveyt, Junior Firpo, Neto Moura və Metyu Fernandeşin satılacağı bildirilir. 

Mövsümün sonu "Barselona" ilə müqaviləsinin müddəti başa çatan Lionel Messinin komandadakı gələcəyi hələ də şübhə altındadır.

Kataloniya təmsilçisinin bəzi futbolçularını sataraq əldə edəcəyi gəlirdən "Borussiya"nın ulduzu Erlinq Haaland kimi böyük transferləri həyata keçirəcəyi gözlənilir. Lakin "Barselona" Serxio Aquero və Erik Qarsiya kimi azad agentləri heyətinə qataraq, bu yay pul xərcləməyə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory