İdman

Premyer Liqada ikinci ayrılıq

10 May 2021 20:24
Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasını bu mövsümün sonunda tərk edəcək ikinci komanda bəlli olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Vest Bromviç" də növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Sözügedən komanda 35-ci turda səfərdə "Arsenal"a 1:3 hesabı ilə uduzub. Bu nəticədən sonra 26 xalla 19-cu pillədə qərarlaşan komandanın elitanı tərk etməsi dəqiqləşib. Yarışın bitməsinə üç tur qalmış "Vest Bromviç" elitada qalmağa imkan verən 17-ci pillədəki "Bernli"dən 10 xal geri qalır. Bu isə o deməkdir ki, komanda son turlarda qələbə qazansa belə, yüksək liqanı tərk edəcək.
 
Qeyd edək ki, "Vest Bromviç" tarixində beşinci dəfə Premyer Liqanı tərk etmək məcburiyyətində qalır. Bu komanda ötən mövsüm Çempionşipdə ikinci yeri tutaraq Premyer Liqaya yüksəlmişdi.
 
İngiltərə Premyer Liqasında daha öncə "Şeffild Yunayted"in elitanı tərk etməsi dəqiqləşmişdi. Üçüncü komanda isə böyük ehtimalla "Fulhem" olacaq. Çünki sözügedən kollektiv hazırda cəmi 27 xalla 18-ci pillədə qərarlaşıb və özündən öndəki "Bernli"dən 9 xal geri qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.