İdman

Rafiq Hüseynov və Beka Kandelaki dörddəbir finalda

8 May 2021 17:22
Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Yunan-Roma güləşi üzrə millimizin üzvü Rafiq Hüseynov (77 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. İkiqat Avropa çempionumuzun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olacaq.

R.Hüseynovun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda Abd Elkrim Ouakali (Əlcəzair) ilə üz-üzə gələcək.

Təmsilçimiz Beka Kandelaki (130 kq) isə Oskar Marvikdən (Norveç) üstün olaraq dörddəbir finala adlayıb. Güləşçimizin rəqibi Rafal Krayevski (Polşa) olacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.