Keçmiş buz xokkeyçi Mikayla Demayter pərəstişkarlarından narazılıq edib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, ötən ilin iyun ayından bəri xokkeylə vidalaşan idmançı həyatına model olaraq davam etməyə qərar vermişdi.
20 yaşlı Mikayla bundan sonra modellik fəaliyyəti ilə məşğul olacağını və özünü bu sektorda daha uğurlu hesab etdiyini desə də, gözləntiləri özünü doğrultmayıb.
Belə ki, İnstaqramda izləyicilərinin sayı 506 mini ötən kanadalı eks qolkiper bununla bağlı öz hesabında gileylənib. O, fotolarının istədiyi qədər bəyənmə almadığı üçün pərəstişkarlarından narazılıq edib.
Milli.Az