İdman

Xarici klublardan dəvət alan Bədavi Hüseynov: “Qarabağ“da xoşbəxtəm“

21 Aprel 2021 18:19
Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov ona xarici klublardan təkliflər gəldiyini deyib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, millimizin futbolçusu "Molodyoj Daqestana" qəzetinə verdiyi müsahibədə bununla bağlı sualı da cavablandırıb:

"Zaman-zaman təkliflər olur. Amma "Qarabağ"da xoşbəxtəm. Bu komanda ilə çox uğura nail olmuşam. Düzü, "Qarabağ"a keçəndə təsəvvür edə bilməzdim ki, böyük turnirlərdə oynayacağıq. Bunda baş məşqçi Qurban Qurbanovun xidmətləri çoxdur. O, öz fəlsəfəsini yarada bilib. Hər il qarşımıza maksimum vəzifə qoyulur. Biz qazandıqlarımızla kifayətlənmirik. Ən əsası daha da böyümək və inkişaf etmək istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.