İdman

25 tikiş qoyulan qapıçımızın vəziyyəti necədir?

17 Aprel 2021 14:38
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"lə dünən Premyer Liqanın oyunu zamanı kəllə və üzündən zədə alan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bununla bağlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özünün İnstaqram səhifəsində paylaşdığı şəklə ağdamlıların qapıçısı yazıb (rus dilində): "Əlhəmdülillah. Çox şey deyə bilərəm. Amma biz siz düşündüyünüzdən daha da güclüyük. Şükür Allaha".

Qeyd edək ki, "Qarabağ" klubunun mətbuat xidməti Şahruddinin durumu ilə bağlı yaydığı açıqlamada bildirib:

"Premyer Liqanın 23-cü turunda "Səbail"lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan qapıçımız Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçımıza 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.