İdman

"Yuventus"un ulduzunun sevgilisindən ayrılıq mesajı: "Bura çox darıxdırıcıdı"

11 Aprel 2021 14:22
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Turində, demək olar ki, ediləcək bir şey yoxdu və olduqca darıxdırıcıdı. Həftəsonu olan kimi başqa yerlərə gedirik, çünki Paulo da nəsə yenilik istəyir. Buna vaxt ayırmağa, boks məşqlərinə getməyə, yemək bişirməyə, fortepiano üçün mahnı oxumağa və yazmağa çalışıram".

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un hücumçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini deyib.

25 yaşlı modelin Turində çox darıxdıqlarını açıqlaması Dibalanın "Yuventus"dan ayrılacağına işarə olması kimi şərh edilib.

Qeyd edək ki, argentinalı ulduzun "Yuventus"la müqaviləsi başa çatır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.