İdman

Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub

7 Aprel 2021 18:34
Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Osaka şəhərində Yay olimpiya oyunlarının məşəlinin estafeti ləğv olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura elan edib.

Bu qərar koronavirusa yoluxma hallarının şəhər ərazisində kəskin artması ilə əlaqədar qəbul edilib. Son günlərdə Osakada 800-ə yaxın yoluxma qeydə alınıb.

Qeyd edək ki, martın 25-də Fukusima prefekturasında başlamış məşəl estafeti Osakadan aprelin 13-14-də keçməli idi.

Tokio Yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.