İdman

Güləş üzrə regionların kuboku yarışları başlayır

28 Aprel 2010 12:34
Baxış: 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AGF-dən Milli.Az xəbər portalına verilən məlumata görə, bu ildən etibarən ilk dəfə keçiriləcək turnirin 2 mərhələdən ibarət olması nəzərdə tutulur. Yarışda AGF-in 8 nümayəndəliyinin - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlaxın komandaları qüvvələrini sınayacaq. İlk mərhələnin görüşləri 29 aprel-2 may tarixlərində Göyçay, Yevlaxda sərbəst güləş üzrə, Ağdaş və Gəncə şəhərlərində yunan-Roma güləşi üzrə keçiriləcək. Yeniyetmələr arasında təşkil olunacaq bu turnirdə iştirakçı kollektivlər 10 çəkidə mübarizə aparacaqlar. Dairəvi sistem üzrə keçiriləcək birincilikdə qrup qalibləri finala yüksələcəklər. Həlledici mərhələ 16 və 18 iyunda Bakıda təşkil ediləcək.

Qalib komanda AGF-in diplomları, keçici kubok və 2000 manatla mükafatlandırılacaq. Finalda uduzan kollektiv diplomlarla yanaşı, 1000 manat əldə edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.