Braziliya klublarına mövsümdə 1 dəfədən çox baş məşqçi dəyişmək qadağan edilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası qərar verib. Qərara görə, bir klub mövsüm ərzində 2-ci dəfə çalışdırıcısını istefaya göndərərsə, onun yerinə yalnız komandada işləyən hər hansı bir məşqçi həmin vəzifəyə gətirilə bilər.
Qeyd edək ki, Braziliya çempionatında son qalib "Flamenqo" olub.
Milli.Az