Mövsümdə 1 dəfədən çox məşqçi dəyişikliyi qadağan edildi

25 Mart 2021 20:21

Braziliya klublarına mövsümdə 1 dəfədən çox baş məşqçi dəyişmək qadağan edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası qərar verib. Qərara görə, bir klub mövsüm ərzində 2-ci dəfə çalışdırıcısını istefaya göndərərsə, onun yerinə yalnız komandada işləyən hər hansı bir məşqçi həmin vəzifəyə gətirilə bilər.

Qeyd edək ki, Braziliya çempionatında son qalib "Flamenqo" olub.

Milli.Az