İdman

"Qalatasaray" "Lids"in futbolçusunu almaq istəyir

24 Mart 2021 17:07
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" heyətini gücləndirməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lids"in müdafiəçisi Yezqan Alioskiyi transfer etmək istəyir. Şimali Makdeoniya millisinin üzvü klubu ilə müqaviləsini yeniləmək üçün razılığa gələ bilməyib. Buna görə də Alioskiy İngiltərə klubundan ayrılmağa qərar verib.
 
Mövsümün sonunda azad agent statusu daşıyacaq sol cinah müdafiəçisi ilə ən ciddi şəkildə maraqlanan "Qalatasaray"dır.

Qeyd edək ki, Alioskiy bu mövsüm keçirdiyi 29 oyunda 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.