İdman

Ronaldinyo ağır günlər keçirir - Hər gün içir

19 Mart 2021 14:44
Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi futbolçu Ronaldinyo depressiyaya düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, üst-üstə üzləşdiyi problemlərdən sonra ötən ay koronavirus xəstəliyindən anasını da itirən Ronaldinyo ağır günlər keçirir. Sabiq futbolçunun anası ilə arasında güclü bir bağ olub. Onun vəfatından sonra Ronaldinyo spirtli içkiyə qurşanıb.

"Lance" qəzetinə danışan Ronaldinyonun bir yaxını deyib: "O, səhər tezdəndən alkoqol qəbul etməyə başlayır. Bütün günü də belə keçir. Hər gün fərqli partilərə gedir. Ətrafında çoxlu pis niyyətli insan var. Ronaldinyo böyük ürəyə sahib insandır, bəziləri isə bundan istifadə edir. Ona çox zərər verirlər".

Qeyd edək ki, Ronaldinyo saxta pasport daşıdığına görə ötən il Paraqvayda həbs olunub. 32 günlük həbs həyatından sonra o, 1,6 milyon dollar girov müqabilində ev dustaqlığını buraxılmış və 5 aylıq bu müddəti oteldə keçirmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.