İdman

"Qalatasaray"ın futbolçusunun çantası oğurlandı

16 Mart 2021 16:04
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın futbolçusu Mostafa Mohamedin çantası oğurlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. 23 yaşlı hücumçu alış-veriş mərkəzinə gedib və orada içində pul qabı və sənədlərinin də olduğu çantası oğurlanıb. Daha sonra oradakı müşahidə kameralarına baxılsa da, hələ nə oğru taplıb, nə də çanta.

Xəbərdə sözügedən hadisə səbəbindən misirli futbolçunun millinin DÇ-2022-nin seçmə mərhələsindəki matçlarını buraxa biləcəyi də qeyd olunub. Oğurlanan çantanın içərisində oyunçunun xarici pasportu da olduğu üçün o, ölkəsinə səfər edə bilmir. Misir yığmasından dəvət gözləyən Mostafa passportu tapılmasa, oraya getməyəcək.

Qeyd edək ki, "Qalatasaray" Mostafa Mohamedi "Zamalek"dən icarəyə götürüb. Futbolçu bu mövsüm 8 matçda 6 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.