İdman

"Barselona" 2-ci pilləyə yüksəldi - VİDEO

16 Mart 2021 11:01
Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu 27-ci turda öz meydanında "Hueska" ilə qarşılaşıb və autsayder üzərində 4:1hesablı qələbə qazanıb.

"Barselona" - "Hueska" - 4:1
Qollar: Messi 13, (1:0), Qrizmann, 35 (2:0), Mir Visente, 45+4-pen. (2:1), Minqueza, 53 (3:1), Messi, 90 (4:1)

Bu nəticədən sonra "Barselona" xallarını 59-a çatdırıb və "Real"ı qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Hueska" isə 20 xalla sonuncu - 20-cidir. Turnir cədvəlinə 63 xalla "Atletiko" başçılıq edir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.