İdman

Löv Almaniya millisindən ayrılır - Rəsmi

9 Mart 2021 18:06
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu yay keçiriləcək Avropa çempionatının sonunda istefa verəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytında məlumat yayıb.

61 yaşlı mütəxəssisin müqaviləsi DÇ-2022-nin əvvəlinə kimi hesablanmışdı. Bildirilib ki, baş məşqçi özü müqavilənin müddətini qısaltmağı xahiş edib və ittifaq onunla razılaşıb.

Qeyd edək ki, Löv 2006-cı ildən bəri Almaniya millisii çalışdırır. Milli komanda onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu olub. Yığma Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı olub. Löv 2017-ci ildə komanda ilə Konfederasiyalar Kubokunu qazanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.