İdman

Superliqada ən çox qol vuran komandalar

7 Mart 2021 19:22
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında ən çox qol vuran komandaların adları məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 12 klubun yer aldığı siyahıya "Fənərbaxça" başçılıq edir. İstanbul təmsilçisinin aktivində 3661 qol var.

2-ci pillədə "Qalatasaray" qərarlaşıb. "Aslanlar" 3645 dəfə qapıları dəqiq nişan alıb.

İlk "3-lüy"ü isə "Beşiktaş" qapayır. "Qara qartallar" toplam 3394 qol vurub.

Qeyd edək ki, Türkiyə Superliqasının açılışı 1959-cu ildə fevralın 21-də olub.

Superliada ən çox qol vuran komandalar:

1. "Fənərbaxça" - 3661 qol
2. "Qalatasaray" - 3645
3. "Beşiktaş" - 3394
4. "Trabzonspor" - 2496
5. "Gənclərbirliyi" - 2004
6. "Bursaspor" - 1965
7. "Ankaragücü" - 1930
8. "Altay" - 1415
9. "Qaziantepspor" - 1249
10. "Əskişəhərspor" - 1110
11. "Samsunspor" - 1092
12. "Antalyaspor" - 1000

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.