"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi 24-cü turun son matçında "Nyukasl"ı qəbul edib. Olivye Jiru və Timo Vernerin qolları "zadəganlar"a qələbə qazandırıb.
"Çelsi" - "Nyukasl" - 2:0
Qollar: Jiru, 31. Verner, 39
Bu nəticədən sonra "Çelsi" xalını 42-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Nyukasl" isə 25 xalla 17-cidir. Turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir.
Milli.Az