"Çelsi" 4-cü pilləyə yüksəldi - VİDEO

16 Fevral 2021 09:00

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi 24-cü turun son matçında "Nyukasl"ı qəbul edib. Olivye Jiru və Timo Vernerin qolları "zadəganlar"a qələbə qazandırıb.

"Çelsi" - "Nyukasl" - 2:0
Qollar:
 Jiru, 31. Verner, 39

Bu nəticədən sonra "Çelsi" xalını 42-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. "Nyukasl" isə 25 xalla 17-cidir. Turnir cədvəlinə 53 xalla "Mançester Siti" başçılıq edir.

Milli.Az