İdman

"Qalatasaray" növbəti dəfə qələbə qazanıb

14 Fevral 2021 19:42
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında XXV turun daha 4 oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, liderlər qrupunda qərarlaşan "Qalatasaray" ev matçına çıxıb.

Fatih Terimin kollektivi elitada qalmağa çalışan "Kasımpaşa"nı minimal hesabla üstələyib.

"Göztəpə"nin qonağı olan son çempion "Başakşəhər" səfərdən xalsız dönüb.

Turnir cədvəlində qonşu olan "Hatayspor"la "Alanyaspor"un duelində isə sülh qeydə alınıb.

Fevralın 15-də keçiriləcək "Gənclərbirliyi" - "Beşiktaş" (17:00) və "Antalyaspor" - "Yeni Malatyaspor" (20:00) görüşləri ilə tur başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.