İdman

“Real”ın arzusu gözündə qaldı - “Yarasalar”dan ayrılmır

13 Fevral 2021 18:48
Baxış: 956
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Valensiya" klubunun futbolçusu Xose Luis Qayya komandasını tərk etməkdən imtina edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, müdafiəçi "Real" və İngiltərə "Arsenal"ının maraq dairəsində olsa da, "yarasalar"dan ayrılmamağa qərar verib.

25 yaşlı ispaniyalı müqaviləsinin sonunadək Valensiyanın eyniadlı təmsilçisində qalmaq niyyətindədir. Qayyanın anlaşması 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 20 matça çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.