İdman

Nəhənglərin istədiyi oyunçu üçün qiymət “oxudu”

13 Fevral 2021 08:35
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Sevilya" klubunun müdafiəçisi Jül Kunde Avropa nəhənglərinin maraq dairəsindədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Əndəlüs təmsilçisi də 22 yaşlı oyunçunu saxlaya bilməyəcəyini başa düşür.

Bu səbəbdən "Sevilya" rəhbərliyi fransalı mərkəz müdafiəçisini mövsümün sonunda satacağını istisna etmir. Lakin La Liqa təmsilçisi onu 80 milyon avrodan ucuz qiymətə buraxmayacağını bəyan edib. Klub bir müddət əvvəl "Mançester Siti"nin 55 milyon avroluq təklifini rədd edib. "Şəhərlilər"lə yanaşı, "Real", "Barselona", "Mançester Yunayted" və PSJ Kundeni heyətinə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Jül Kunde "Sevilya"ya 2019-cu ildə "Bordo"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.