"Liverpul"un baş məşqçisi Yurgen Kloppa ağır itki üz verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin anası Elizabet Klopp dünyasını dəyişib.
Klopp 81 yaşında vəfat edən anasının dəfninə gedə bilməyib. Pandemiya ilə bağlı məhdudiyyət ona ölkəsinə getməyə mane olub.
Xatırladaq ki, "Liverpul"un Çempionlar Liqasının 1/8 finalında Almaniyanın "Leyptsiq" klubu ilə keçirəcəyi matçı da pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"ya salınıb.
Milli.Az