İdman

"Yuventus"un ən yaxşı oyunçusu Merih oldu

10 Fevral 2021 18:19
Baxış: 701
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliya kubokunun yarımfinal mərhələsinin "Yuventus" - "İnter" matçının (0:0) ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "La Gazetta dello Sport" ve "Corriere dello Sport" nəşrlərinin qiymətləndirməsinə əsasən, Turin klubunun türk əsilli müdafiəçisi Merih Demiral görüşün ən yaxşı oyunçusu seçilib. Türkiyə millisinin 22 yaşlı stoperi müvafiq olaraq 7,5 və 7 bal alıb.

"Merih rəqibin toplarının hamısını uzaqlaşdırdı. Hava mübarizəsindəki oyunu isə əla idi" - deyə "La Gazetta dello Sport" qeyd edib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (0:0, 1:2) "Yuventus" finala vəsiqə qazanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.