İdman

10 ilin 10 ən güclü futbolçusu - Reytinq

10 Fevral 2021 18:09
Baxış: 1 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) son 10 ilin (2011-2020) ən yaxşı futbolçularının reytinqini elan edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahı 150 ölkənin nümayəndəsi arasında aparlan səsvermənin yekunu əsasında hazırlanıb. Reytinqə "Barselona"nın və Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir. O, son 10 ildə dörd dəfə "Qızıl top" mükafatını qazanıb, 2 dəfə Çempionlar Liqası, 6 dəfə İspaniya çempionatının, 5 dəfə İspaniya kubokunun və 4 dəfə ölkə superkubokunun qalibi olub.

Kriştiano Ronaldo ikinci, Andres İnyesta üçün yeri tutur.

Maraqlıdır ki, ilk onluğa iki qapıçı - alman Manuel Noyer və italiyalı Canluici Buffon da düşüb.

IFFHS-nin versiyasına əsasən, son 10 ilin ən güclü 10 futbolçusu:

1. Lionel Messi ("Barselona" / Argentina)
2. Kriştiano Ronaldo ("Yuventus" / Portuqaliya)
3. Andres İnyesta ("Vissel Kobe" / İspaniya)
4. Neymar (PSJ / Braziliya)
5. Serxio Ramos ("Real" / İspaniya)
6. Manuel Noyer ("Bavariya" / Almaniya)
7. Robert Levandovski ("Bavariya" / Polşa)
8. Canluici Buffon ("Yuventus" / İtaliya)
9. Zlatan İbrahimoviç ("Milan" / İsveç)
10. Luka Modriç ("Real" / Xorvatiya)

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.