İdman

Millimizin oyununun məkanı rəsmən təsdiqləndi

10 Fevral 2021 14:27
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün bu barədə UEFA-dan AFFA-ya rəsmi məktub daxil olub.

Martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.