"Neftçi"nin futbolçusu Stiven Monroz meydana qayıdıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, fransalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə səfər matçında şans qazanıb.
İkinci hissədə meydana daxil olan legioner sonuncu dəfə ötən il sentyabrın 20-də rəsmi görüşdə iştirak edib. "Sumqayıt"la qarşılaşmanın (0:2) ikinci hissəsində iştirak edən Monroz 148 günlük fasilədən sonra "Neftçi" formasını geyinib.
Qeyd edək ki, Monroz cari mövsüm bu oyunadək 2 çempionat və 1 avrokubok matçına çıxıb.
Milli.Az