İdman

Teymur Rəcəbovun Levon Aronyanla oyununun günü dəqiqləşib

4 Fevral 2021 23:12
Baxış: 1 268
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Champions Chess Tour" çərçivəsində baş tutacaq "Opera Euro Rapid" turnirinin təqvimi müəyyənləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəqibləri ilə qarşılaşacağı tarix bəlli olub.

Yarışa qatılacaq 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlkin mərhələdə hər iştirakçı gündə 5 oyun keçirəcək.

Mükafat fondu 100 min ABŞ dolları olan yarış fevralın 6-da start götürəcək. Teymur həmin gün Mattias Blyubaum (Almaniya), Sem Şenklend, Lenye Dominqes (hər ikisi ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) üz-üzə gələcək.

Ertəsi gün Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi turnirin son günündə Rəcəbovun rəqibləri Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyandır (Ermənistan).

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.