İdman

“Nurlan İbrahimova verilən cəza ağırdır” - Elxan Məmmədov

29 Yanvar 2021 17:39
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA tərəfindən verilmiş cəzanı şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, assosiasiya rəsmisi Avropa futbol qurumunun çox ağır cəza verdiyini bildirib:

"Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər".

E.Məmmədovun fikrincə, "Qarabağ"a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: "Bununla bağlı da UEFA-ya müraciət olunub".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.