İdman

Ronalda sevgilisi ilə karantin qaydalarını pozdu

28 Yanvar 2021 18:41
Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karantin qaydalarını pozmaqda ittiham olunur.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ulduz hücumçunun sevgilisi Corcina Rodrigeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilir.

Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Onlar Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.

Ronaldo və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.