İdman

Milan 17 illik rekordunu təkrarladı - VİDEO

19 Yanvar 2021 10:39
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A seriyasında "Kalyari"nin qonağı olan "Milan" Zlatan İbrahimoviçin dublu sayəsində 2:0 hesablı qələbə qazanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu oyun "rossonyerlər" üçün əlamətdar olub.

Stefano Piolinin yetirmələri 3 xallıq sistem dönəmində ardıcıl 16-cı səfər matçında uduzmayaraq, 1994/95 mövsümündəki rekordunu təkrarlayıb. Komanda 2003-cü ilin sentyabrından 2004-cü ilin aprelinə qədər olan müddətdə bu nəticəyə imza atmışdı. Növbəti səfər görüşündə "Milan" öz rekordunu yeniləyə bilər.

Qeyd edək ki, "Milan" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu yanvarın 23-də doğma arenasında "Atalanta"ya qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.