İdman

Özil “Fənərbağça”ya keçərək Ronaldonun rekordunu yenilədi

18 Yanvar 2021 18:59
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsut Özilin "Arsenal"dan "Fənərbağça"ya transferi təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində gündəm mövzusuna çevrilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 33 yaşlı yarımmüdafiəçinin dünən gecə İstanbula gəlişini bir çox nüfuzlu kanallar canlı yayımla təqdim edib.

Almaniya millisinin sabiq üzvü Londondan yola çıxmazdan əvvəl "Fənərbağça"nın "Gel gündüzle gece olalım" mesajını "sarı-lacivərdli" rəngdə ürək işarələri ilə paylaşaraq, yeni rekord müəyyənləşdirib. Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun 2018-ci ildə "Yuventus"a keçidini tvitterdə elan etməsi 535 min bəyənmə toplamışdısa, Özilin paylaşımı bir sutka ərzində 600 min bəyənməni keçib. Bununla Türkiyə əsilli oyunçu Ronaldoya məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Məsut Özilin "Fənərbağça" ilə 3,5 illik müqavilə imzalaması gözlənilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.