İdman

"Həmişə düşünürəm ki, sabah "Atletiko"dan qovulacağam" - Simeone

9 Yanvar 2021 15:18
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubdakı gələcəyi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis hər gün Madrid təmsilçisindən qovulacağını düşündüyünü deyib:

"İnsanın öz hisslərini ifadə etməsi çətindir. Mən həmişə səmimiyəm. Hər zaman düşünürəm ki, sabah "Atletiko"dan qovulacağam. Daim oyundan-oyuna yanaşması ilə yaşayıram. Buna istədiyiniz şərhi verə bilərsiniz. Artıq mətbuat konfranslarında "Atletiko"da xoşbəxt olduğumu, keçid ilindən çıxdığımızı, La Liqada kimi çətin çempionatda çox yaxşı bir mövsüm keçirdiyimizi demişəm".

Qeyd edək ki, "Atletiko" yanvarın 6-da İspaniya kubokunda 3-cü devizion klubu "Kornella"ya uduzaraq (0:1), mübarizəni dayandırıb. Sözügedən məğlubiyyətdən sonra Simeonenin istefa verəcəyi haqda xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.