İdman

“Vəziyyət daha da pisləşəcək”

8 Yanvar 2021 17:24
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Vulverhempton" klubunun baş məşqçisi Nuno Eşpirito Santo koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyəti dəyərləndirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, portuqaliyalı mütəxəssis yoluxma halının daha da artacağını düşünür.

Pinto proqnozların onu qorxutduğunu etiraf edib: "Təəssüf ki, daha çox insan koronavirusa yoluxacaq. Proqnozlar fəlakətlidir, vəziyyət daha da pisləşəcək. Çox vaxt başqalarının hiss etdiyi hər şeyi hiss etmirik. Ancaq bu hər kəs üçün çətin bir zamandır. Oyunçular da insandır və virusa yoluxanların sayının artması qorxuncdur".

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda "Vulverhempton"da çıxış edir. Gənc forvard icarə əsasında formasını geyindiyi İsveçrə "Qrasshoppers"indən geri qaytarılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.