İdman

Simeone Argentina millisini çalışdıra bilər

7 Yanvar 2021 19:45
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeonenin adı yenidən Argentina millisi ilə birgə hallanır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Argentina Futbol Assosiasiyası bu variantı nəzərdən keçirməyə başlayıb.

Assosiasiya rəhbərliyi təcrübəli mütəxəssisi yığmanın sükanı arxasına gətirməyin yollarını axtarır. 51 yaşlı çalışdırıcı buna müsbət yanaşarsa, onunla rəsmi danışıqlara start veriləcək.

Qeyd edək ki, "Atletiko" Simeonenin rəhbərliyi altında 500-dən çox oyun keçirib. Onun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.