İdman

"Qarabağ" Azərbaycanın ən populyar klubudur" - Qurban Qurbanov

6 Yanvar 2021 17:34
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Niderlandın "de volkskrant" nəşrinə açıqlamasında deyib.

Ağdam klubunun tarixi barədə danışan 49 yaşlı mütəxəssis komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən bəhs edib: "O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin, yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb".

Q.Qurbanov "Qarabağ"ın hazırda Azərbaycanın ən populyar komanası olduğunu bildirib: "Müharibədən sonra "Qarabağ" azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda üç mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, "Qarabağ" ölkənin ən populyar klubudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.