İdman

"Mən həkim deyiləm, amma..."

3 Yanvar 2021 15:42
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqada koronaviruslu xəstələrin sayının artması ilə əlaqədar açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis artışa baxmayaraq, oynamağa davam etməli olduqlarını deyib.

Təcrübəli məşqçi açıqlamasında "Mən həkim deyiləm, amma liqanın davam etməsi üçün əlimizdən gələni etməliyik. İkinci dalğanın qış aylarında gələcəyini bilirdik. Milad da bunun üstünə gəldi və saylar artdı. Düşünürəm ki, davam edə bilərik, amma mütəxəssislərin önümüzdəki həftələrdə verəcəkləri hər qərara hörmətlə yanaşıram",- deyə bildirib.

Qeyd edək ki, daha əvvəl gələn koronavirus xəbərlərindən sonra Premyer Liqada 3 matçın təxirə salınmasına qərar verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.