"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə bir meşə sahəsi alıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun təxminən 1000 hektar ərazi üçün 3 milyon avro ödədiyi bildirilir. Sahə dağlarda, İsveç və Norveç arasındakı sərhəddə, xizək kurortu olan Are yaxınlığında yerləşir.
İsveçli oyunçunun bu torpaq sahəsində qar motosikleti, ovçuluq və balıq ovu üçün istifadə etmək icazəsinə sahib olduğu qeyd olunur.
Milli.Az