İdman

Baş məşqçi dəyişikliyi İkardinin fikrini dəyişdi

26 Dekabr 2020 17:32
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi fikrini dəyişib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bir müddət əvvəl İtaliyaya dönmək istəyən argentinalı forvard artıq komandasında qalmaq niyyətindədir.

Buna səbəb Paris təmsilçisinə onun həmyerlisi Maurisio Poçettinonun çalışdırmaq ehtimalının yüksək olmasıdır. "Yuventus"un hücumçusu Paulo Dibala ilə dəyişdirilməsi yönündə danışıqlar gedən İkardi Poçettinonun rəhbərliyi altında oynamaqda maraqlıdır. O, həmyerlisinin sayəsində yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır.

Qeyd edək ki, PSJ-nin Tomas Tuxellə yollarını ayırdığı və Poçettino ilə ilkin razılığa gəldiyi bildirilir. 27 yaşlı İkardi cari mövsüm Liqa1-də 5 oyun keçirib, 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.