İdman

“Barselona”nın ilk transferi

26 Dekabr 2020 16:27
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Erik Qarsiya yetişdiyi komandaya qayıdacaq.

"Şəhərlilər"lə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan 19 yaşlı mərkəz müdafiəçisi qış fasiləsində komandanı tərk etməyəcək. Onun transferi üçün 17 milyon avroluq tələbi qəbul etməyən kataloniyalılar yayda Qarsiyaya havayı sahib çıxacaq. İspaniya millisinin üzvü artıq "Barsa" ilə ilkin müqavilə də imzalayıb. Futbolçu sevimli komandası ilə 5 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, "Mançester Siti"yə 2017-ci ildə məhz "Barselona"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.