İdman

Premyer Liqamızda 2020-ci ilin son oyunları

24 Dekabr 2020 09:13
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,13-cü turun bütün görüşləri eyni günə təyin edilib.

"Səbail" "Qəbələ"ni, "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Son illərin çempionu "Qarabağ" öz meydanında "Zirə" ilə qarşılaşacaq. 20 xalla turnir cədvəlində 2-ci, 3-cü pillələri bölüşən bu komandalar liderlik uğrunda mübarizə aparacaq.

Hazırda lider olar "Neftçi" isə "Keşlə"ni qəbul edəcək. 

24 dekabr (cümə axşamı)

16:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
"ASCO Arena"

16:00. "Sumqayıt" -" Sabah"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"

16:00. "Qarabağ" - "Zirə"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
"Azersun Arena"

18:00. "Neftçi" - "Keşlə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
"Bakcell Arena"

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 6 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Gerye ("Qarabağ") - 4 qol
Ağabala Ramazanov ("Zirə") - 4 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.