İdman

“Qarabağ”ın rekordçusu 450-yə çatdı

21 Dekabr 2020 18:54
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maksim Medvedev "Qarabağ"da 450-ci oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.
 
"Qəbələ" ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan kapitan yubiley oyununda start heyətində yer alıb. Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında "Qarabağ"ın rekordçusu olan 31 yaşlı müdafiəçi 450 qarşılaşmada 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.

Qeyd edək ki, Maksim "Qarabağ"ın əsas heyətində 2006/07 mövsümündə debüt edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.