İdman

“Sabah”ın daha bir futbolçusu koronavirusdan sağaldı

19 Dekabr 2020 14:14
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah" klubu Premyer Liqanın XII turu öncəsi koronavirus testindən keçib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, dünən verilən testin nəticəsi bu gün açıqlanıb.

Bütün kollektivdə, həmçinin müdafiəçi Məhəmməd Mirzəbəyovda nəticə neqativ çıxıb. Yalnız hücumçu Ulise Diallo hələ test verməyib. Malili forvardla yanaşı, məşqdə çiynindən zədələnən Saşa Stamenkoviç qarşıdakı matçı buraxacaq. Müdafiəçi Bəhlul Mustafazadənin iştirakı isə sual altındadır.

Qeyd edək ki, "Sabah" dekabrın 20-də "Neftçi"ni qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:15-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.