İdman

Fatih Terimin qırmızı vərəqə almasının səbəbi

19 Dekabr 2020 09:34
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasının XII turunda "Fatih Karagümrük"lə oyun "Qalatasaray" üçün uğursuz alınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, səfər matçında 1:2 hesabı ilə məğlub olan "cim-bom"da baş məşqçi Fatih Terim 69-cu dəqiqədə texniki zonadan qovulub.

Oyun ərzində bir neçə dəfə baş hakim Mustafa Öyretmenoğlunun qərarlarına etiraz edən təcrübəli mütəxəssis 69-cu dəqiqədəki epizod zamanı "sən necə hakimsən?" deyə qışqırıb. Bu səbəbdən referi qırmızı vərəqə ilə onu texniki zonadan qovub.

Terim tribunalara tərəf yollanarkən daha ağır ifadələr işlədib: "Evdə danışarsan ki, Fatih hocanı qovdum. Tərbiyəsiz, əxlaqsız. Sən nə futbolu, nə də hakimliyi bilirsən. Səndən gözətçi də olmaz".

Qeyd edək ki, "Qalatasaray" hazırda 23 xalla turnir cədvəlinin ikinci, "Fatih Karagümrük" isə 20 xalla dördüncü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.