İdman

Əfsanəvi italiyalı futbolçu 64 yaşında vəfat etdi

10 Dekabr 2020 10:12
Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossi vəfat edib.

Milli.Az bakupost-a istinadla xəbər verir ki, keçmiş hücumçu 64 yaşında dünyasını dəyişib.
Onun ölümünə ağciyər xərçəngi səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.

Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.